Təhlükəsizlik qüvvələri Ərak “Azərab” zavodunun etirazçı işçilərinə gözyaşardıcı qazlarla hücum edib

Təhlükəsizlik qüvvələri Ərak “Azərab” zavodunun etirazçı işçilərinə gözyaşardıcı qazlarla hücum edib

GünAz TV: Ərak “Azərab” zavodunun işçiləri ötən gün iki həftədir davam edən etiraz aksiyaları çərçivəsində növbəti dəfə Ərak Sənaye Şəhərciyi önündə mitinq keçiriblər.

 

İşçilər ölkənin şimaldan cənubuna gedən dəmir yolunu bağlayıblar. Lakin polisin zorakı müdaxiləsindən sonra yol açılıb.

 

İnsan haqları fəallarının dediklərinə əsasən, təhlükəsizlik qüvvələri etirazçıların üzərinə hücum çəkib, onları döyüb və kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. İşçilərdən bir neçəsinin həbs edildiyi bildirilir.

 

Qeyd etmək lazımdır ki, sözügedən müəssisənin işçiləri bir neçə həftədir ki, əməkhaqlarını ala bilməməmələri, eləcə də şirkətin özəlləşdirilmə forması və idarəetmə yarıtmazlığı səbəblərindən etiraz aksiyaları təşkil edirlər.

 

Hər dəfə keçirilən etiraz aksiyalarında polis işçilərə qarşı şiddət göstərir və bu günə qədər etirazçılardan bir neçəsi saxlanılıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN