“Tehran Avtobus Nəqliyyatı Agentliyi”nin əməkdaşları etiraz aksiyası keçiriblər

“Tehran Avtobus Nəqliyyatı Agentliyi”nin əməkdaşları etiraz aksiyası keçiriblər

GünAz TV: “Tehran Avtobus Nəqliyyatı Agentliyi”nin fəhlələri və sürücüləri martın 4-də İran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında etiraz aksiyası keçiriblər.

 

Şirkətin həmkarlar ittifaqı tərəfindən təşkil edilən aksiyada bir neçə təqaüdçü və tələbə də iştirak edib. Onlar əmək haqlarının aşağı olması, bahalıq, inflyasiya, ailə- məişət problemləri və bir sıra bu qəbildən olan amillərə görə etiraz ediblər.

 

Etirazçılar bütün bu problemlərin aradan qaldırılması üçün aylıq əmək haqlarının minumum 7 milyon tümənə qaldırılmasını tələb ediblər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN