Tehran, Kərəc, Eştehard, Qum və Şiraz şəhərlərində etirazlar davam edib. 1 etirazçı polis tərəfindən öldürülüb - FOTOLAR və VİDEOLAR

Tehran, Kərəc, Eştehard, Qum və Şiraz şəhərlərində etirazlar davam edib. 1 etirazçı polis tərəfindən öldürülüb - FOTOLAR və VİDEOLAR

GünAzTV: Avqustun 4-ü axşam saatlarında İranın Tehran, Kərəc, Eştehard, Qum və Şiraz şəhərlərində rejimə qarşı beş gün əvvəldən başlanan kütləvi etirazlar davam edib.

 

Etirazların 5-ci günündə, İranın əsas iki molla mərkəzindən biri sayılan Qumda insanların küçələrə axışaraq, ruhanilər hakimiyyətinə qarşı şüarlar səsləndirməsi diqqətləri özünə cəlb edib.

 

Avqustun 4-ü gecə saatlarında Tehranın Hafiz körpüsü yaxınlığında və Yaftabad məntəqəsində toplaşan minlərlə insan “Diktatora ölüm”, “İranlı ölər, zillətə boyun əyməz” və Ey iranlı, öz qeyrətini göstərməyinin vaxtıdır” şüarları səsləndirərək əli dəyənəkləri polis və mülki geyimli təhlükəsizlik qüvvələri ilə qarşı-qarşıya gəliblər. Etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib, onlarla aksiyaçı tutularaq naməlum istiqamətə aparılıb.

 

Eştehard və Kərəc şəhərlərində etirazçılar “Xamneyi! Abır-həyan olsun, utan xəcalət çək, hakimiyyətdən və məmləkətdən əl çək” şüarları səsləndirərək, rejim başçılarının ağır iqtisadi çətinliklərlə üz-üzə qalan ölkə əhalisinin acınacaqlı durumuna laqeyd qalmasına etiraz bildiriblər.

 

Şirazda isə şəhərin əsas küçə və meydanlarında yürüş keçirən minlərlə insan “Diktatora ölüm” və “Ey iranlı yetər susdun artıq, ayağa qalx öz qeyrətini göstər” və “Top, tank, fişfişədən qorxmuruq, rədd olsun axundlar” şüarları ilə ölkənin dini lideri axund Əli Xamneyiyə və onun xarici siyasətinə etiraz bildiriblər.

 

Həmin gün, İranda mollaların yetişdirildiyi iki mühüm mərkəzdən biri sayılan Qum şəhərində  minlərlə insan gecə saatlarında küçələrə axışaraq hakim ruhanilərin öz dünyəvi maraqları uğrunda dindən və islamdan sui-istifadə etməsinə, ölkənin sərvətini yağmalamasına etiraz bildiriblər. “Diktatora ölüm”, “Qəzzə və Livana yox, İrana canım qurban” və “Var-dövlətə çatmaq üçün islamı pilləkənə çevirib milləti zillətə salıblar” şüarları səsləndirən aksiyaçılar, insanları hakim ruhanilərin zülmü qarşısında birgə mübarizəyə çağırıblar.

 

Bildirilir ki, paytaxt Tehranda və digər şəhərlərdə keçirilən dinc etirazlarda onlarla insan polis və təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıb.

 

Yayılan son məlumata əsasən, avqustun 3-də Kərəcin Gövhərdəşt məntəqəsində keçirilən dinc etirazlarda Rza Otadi adlı gənc bir aksiyaçı, rejim qüvvələrinin etirazçılara odlu silahdan atəş açması nəticəsində güllə yarası alaraq yerindəcə həlak olub.

 

Rejim qüvvələri tərəfindən öldürülən dinc etirazçı, 23 yaşlı Rza Otadi

 

 

 

 

VİDEOLAR:

 

 

 

 

 

 

 

A.M    


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN