Tehran metrosunda iki qatar bir-biri ilə toqquşub. 50 nəfər yaralı var

Tehran metrosunda iki qatar bir-biri ilə toqquşub. 50 nəfər yaralı var

GünAzTV: Tehran metropolitenində iki qatarın bir-biri ilə toqquşması nəticəsində 50 sərnişin yaralanıb. İnsident, iyunun 6-sı axşam yerli vaxtla saat 18.15 radələrində metronun Tərəşt stansiyasında baş verib.

 

Hadisədn az sonra jurnalistlərə açıqlama verən İran Təcili Tibbi Yardım Mərkəzinin rəhbəri Pirhüseyn Kolivənd deyib ki, qatarların bir-biri ilə toqquşmasına metroda kontrol-nəzarət və xəbərdarlıq sisteminin düzgün işləməməsi səbəb olub: “Paytaxtın qərbindən şərqinə hərəkət edən hər iki qatar metronun Tərəşt dayanacağında bir-biri ilə toqquşub və hadisə nəticəsində 50 nəfər yaralanıb. Belə ki, qatarlardan biri stansiyada dayandığı zaman tuneldən çıxan ikinci qatar dayanacağa çataraq arxadan ona çırpılıb. Xoşbəxtlikdən hərəkətdə olan qatarın sürəti yüksək olmadığına görə hadisədə həyatını itirən olmayıb”.

 

Tehran Təcili Tibbi Yardım mərkəzinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Həsən Abbasi isə jurnalistlərə bildirib ki, metro olayında yaralılardan 8-nə ayaqüstü tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb və digər yaralılar isə şəhərin üç xəstəxanasına yerləşdirilib. Hadisənin detalları araşdırılır.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN