Tehran Patoloji Anatomiya Birliyi: “Noyabr etirazlarında ölənlərin sayını açıqlamaq dövlətin vəzifəsidir”

Tehran Patoloji Anatomiya Birliyi: “Noyabr etirazlarında ölənlərin sayını açıqlamaq dövlətin vəzifəsidir”

GünAz TV: Tehran Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi Birliyinin sədri Abbas Məscidi Arani prezident Həsən Ruhaninin ötən gün mətbuat konfransında noyabr etirazlarında öldürülənlərlə bağlı səsləndirdiyi fikirlərə reaksiya verib.

 

O bildirib ki, Ali Milli Təhlükəsizlik Şurasının qərarına əsasən, noyabr ayından öldürülən etirazçıların sayını açıqlamaq dövlətin vəzifəsidir.

 

Abbas Məscidi Arani həmçinin qeyd edib ki, öldürülən etirazçılarla bağlı məlumatlar Ali Milli Təhlükəsizlik Şurasına təqdim edilib.

 

Qeyd etmək lazımdır ki, Ruhani ötən günki çıxışında noyabr etirazlarında öldürülənlərin sayının açıqlanmasının Məhkəmə-Tibbi Ekspertiza Birliyinin vəzifəsi olduğunu demişdi.

 

İranda 2019-cu ilin noyabr ayından benzinin qiymətinin 3 dəfə qaldırılmasına qarşı başlanmış xalq etirazları zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsindən çoxlu sayda insan öldümşdü. “Reuters” agentliyi İran daxilində olan mənbələrə istinadən bu rəqəmin 1500 nəfəri aşdığını bildirmişdi. Rəsmi Tehran isə bu günə qədər etirazlar zamanı öldürülən, yaralanan və həbs edilənlərin sayı barədə statistikanı açıqlamayıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN