Tehran prokuroru: “Küçədə baş örtüyünü açan qadınlardan biri 2 il şərti həbs cəzasına məhkum edilib”

Tehran prokuroru: “Küçədə baş örtüyünü açan qadınlardan biri 2 il şərti həbs cəzasına məhkum edilib”

GünAzTV: Tehran prokuroru Abbas Cəfəri Dövlətabadi, martın 7-də jurnalistlərə açıqlamasında məcburi hicaba qarşı etiraz əlaməti olaraq küçədə baş örtüyünü açan qadınlardan birinə verilən cəzadan danışıb.

 

O bildirib ki, son vaxtlar küçədə baş örtüünü açan qadınlardan biri Tehran inqilab məhkəməsi tərəfindən 2 il şərti həbs cəzasına məhkum edilib: “Bu qadın, ictimai yerdə baş örtüyünü açıb insanları fəsada təşviq etməkdə və haram iş görməkdə günahlandırılaraq 2 il şərti həbs cəzasına məhum edilib. Tibbi ekspertizanın bildirdiyinə görə, həbsə məhkum edilən həmin qadının psixiatr nəzarəti altında uzunmüddət müalicə almağa ehtiyacı var. Bir daha bildiririk ki, ölkədə hicab qaydalarına qarşı çıxan, ona riayət etməyən və küçədə baş örtüyünü açan qadınlara qarşı ciddi tədbir görüləcək, həmin qadınlar məsuliyyətə cəlb ediləcək”.

 

Tehran prokuroru, baş örtüyünü açdığına görə iki il şərti həbs cəzasına məhkum edilən qadının adını mediaya açıqlamayıb.

 

                                                Vida Müvəhhid

 

Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına təxminən iki ay yarım əvvəl (deyin 6-da) start verilib. Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi hicaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb.

 

Son həftələr,  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçədə baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildiriblər. Bununla bağlı paytaxt Tehranda və digər şəhərlərdə onlarla qadın həbs edilib.

 

Qeyd edək ki, İranda ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşir, həbsə və pul cəriməsinə məhkum edilirlər.

 

                                                                    Nərgiz Hüseyni

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN