Tehran Şəhər Şurasının üzvü: “Çirkli hava səbəbindən hər gün paytaxtda 15 nəfər ölür”

Tehran Şəhər Şurasının üzvü: “Çirkli hava səbəbindən hər gün paytaxtda 15 nəfər ölür”

GünAz TV: Tehran Şəhər Şurasının üzvü Şəhrbanu Əmani paytaxtda çirkli hava səbəbindən hər gün 15 nəfərin dünyasını dəyişdiyini deyib.

 

O, ötən gün Şuranın iclası zamanı çirkli hava probleminin yarıtmaz idarəetmə nəticəsində meydana gəldiyini bildirib.

 

“İdarəetmədə yarıtmazlıq təkcə hava çirklənməsi ilə məhdudlaşmış, bir qrup rəhbər şəxs qanunsuz fəaliyyətlərlə istəyərək və ya istəməyərək vətəndaşların hüquqlarını kobud şəkildə pozur”, - deyə Şəhrbanu Əmani əlavə edib.

 

O, Tehranda hava çirklənməsinin qarşısını almaq üçün görülən tədbirlərin də lazımi səviyyədə olmadığını qeyd edib.

 

Qeyd etmək lazımdır ki, ötən günlər ərzində Tehranın havası çirklilik səbəbindən bütün meteohəssas insan qrupları üçün təhlükəli elan edilib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN