Tehran Universitetinin tələbəsi Möhsün Haqşenas Evin zindanına salınıb

Tehran Universitetinin tələbəsi Möhsün Haqşenas Evin zindanına salınıb

GünAz TV: Tehran Universitetinin tələbəsi Möhsün Haqşenas 1 illik məhkumluq dövrünü keçirtmək üçün Evin həbsxanasına salınıb.

 

O, İranın əksər bölgələrində 2017-ci ilin sonlarında başlamış xalq etirazlarında fəal iştirakına görə, Tehran İnqilab Məhkəməsinin hökmü ilə 2 həbsə məhkum edilmişdi.

 

Möhsün Haqşenasın kassasiya şikayəti üzrə keçirilmiş prosesdə isə hökm 1 ilə endirilmişdi.

 

2017-ci ilin sonları 2018-ci ilin əvvəllərində keçirilmiş etiraz aksiyaları nəticəsində ETTELAAT ümumilikdə 150-dən çox tələbə saxlanmışdı və onlardan ən azı 17-nə həbs cəzası verilib.

 

Bundan öncə qadın tələbə Leyla Hüseynzadə “dövlət əleyhinə fəaliyyət, sövdələşmə və təbliğat” ittihamı ilə 30 ay həbsə məhkum edilmiş və Evin zindanına salınmışdı.

 

Ötən il Human Rights Watch təşkilatının yaydığı bəyanatda İran rejiminin öz haqlarını sivil yolla tələb edən tələbələrə qarşı repressiyaları gücləndirməsi kəskin qınanırdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN