Tehranda bələdiyyə sədrinin koronavirusa yoluxduğu barədə xəbərlər yayılıb

Tehranda bələdiyyə sədrinin koronavirusa yoluxduğu barədə xəbərlər yayılıb

GünAz TV: İranın “Gənc Reportyorlar Klubu” Tehranın 13-cü mikrorayonunun bələdiyyə sədri Murtuza Rəhmanzadə koronavirusa yoluxduğu barədə məlumat yayıb. Lakin bələdiyyə bu xəbəri təkzib edir.

 

İran Dövlət Teleradio Şirkətinə bağlı olan “Gənc Reportyorlar Klubu”nun məlumatında qeyd edilir ki, o, ötən gün axşamdan xəstəxanaya yerləşdirib. Bu gün səhər saatlarında elan edilən analizlərin nəticəsi isə sədrin koronavirusa yoluxduğunu göstərib.

 

Məsələ ilə əlaqəli “Fars” xəbər agentliyinə açıqlama verən Tehranın 13-cü mikrorayonunun bələdiyyəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kiyanuş Cəfəri yayılmış xəbərləri təkzib edib. O bildirib ki, Murtuza Rəhmanzadənin 2 həftədir güclü soyuqdəymə nəticəsində səhhətində ciddi problemlər yaranıb. Ağ ciyərində yaranan problemlərə görə isə o, xəstəxanaya yerləşdirilib.

 

İranın dövlət rəsmiləri və orqanları hələ ki, məsələyə münasibət bildirməyiblər.

 

Xatırladaq ki, fevralın 19-da İranın Səhiyyə Nazirliyi gözlənilmədən Qumda iki nəfərin koronavirusdan öldüyü barədə məlumat yaymışdı. Bu günə qədər virusun 4 insanın canını aldığı, 18 nəfərə isə yoluxduğu deyilir. Eləcə də, virusa yoluxduğu ehtimal edilən yüzlərlə insan karantinə alınıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN