Tehranda biyabırçı olay- yol polis ər və arvadı döydü- Video

Tehranda biyabırçı olay- yol polis ər və arvadı döydü- Video

GünAz TV: Martın 17-də İran yol polisi əməkdaşının ər və arvadı döyməsi ilə bağlı video yayılıb.

 

Dünən Tehranın Niyayeş avtomagistralında hərəkətdə olan avtomobil polis əməkdaşı tərəfindən saxlanılıb. Polis sürücüyə sürət həddini aşdığını və qanunsuz ötmə əməliyyatı yerinə yetirdiyini bildirdikdən sonra tərəflər arasında mübahisə yaranıb.

 

Polis vətəndaşın etirazına yumruqla cavab verəndən sonra bu mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə polis sürücünü və onun xanımını yumruqla döyərək, onlara xəsarət yetirib.

 

Bu görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilərin kəskin reaksiyası və qəzəbinə səbəb olub. Buna görə bu gün səhər Tehran şəhər Dövlət Yol Polisinin rəisi Məhəmmədrza Mehmandar məsələ ilə bağlı açıqlama verməyə məcbur olub.

 

O, videoda vətəndaşları döyən şəxsin “polis əməkdaşı deyil, polis qüvvələrində xidmət edən əsgər” olduğunu bildirib. Yol Polisi rəisi döyülənlərdən birinin “qadın olmadığını” iddia edib.

 

Məhəmmədrza Mehmandar baş verən hadisəyə görə vətəndaşlardan üzr istəməyib və xuliqanlıq edən “əsgər”in məsuliyyətə cəlb edilməyəcəyini deyib.

 

Qeyd etmək lazımdır ki, İranda tez-tez sadə vətəndaşlar bələdiyyə və polis işçiləri tərəfindən döyülür. Lakin öz vəzifə səlahiyyətlərindən istifadə edərək xuliqanlıq edən bu şəxslərə qarşı heç bir tədbir görülmür.

 

Həmin görüntüləri sizə təqdim edirik:

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN