Tehranda daha 4 qadın məcburi hicaba qarşı çıxaraq məscid qarşısında baş örtüklərini açıblar - VİDEO

Tehranda daha 4 qadın məcburi hicaba qarşı çıxaraq məscid qarşısında baş örtüklərini açıblar - VİDEO

GünAzTV: İranda molla rejiminin məcburi hicab siyasətinə etiraz əlaməti olaraq daha 4 qadın baş örtüklərini açıblar.

 

Hadisə, aprelin 13-ü günorta saatlarında, paytaxt Tehranda məscidlərdən birinin qarşısında baş verib. 4 gənc xanım məscid qarşısında baş örtüklərini açaraq əlləri ilə yelləməyə başlayıblar. Xanımların bu hərəkətinə ətrafda olan insanlar dəstək verib. Küçədə baş örtüklərini açan bu xanımların sonradan tutulub-tutulmaması barədə hər hansı bir məlumat yayılmayıb.

 

Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına təxminən üç ay əvvəl (deyin 6-da) start verilib. Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi hicaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb.

 

Son aylar,  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçədə baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildiriblər. Bununla bağlı paytaxt Tehranda və digər şəhərlərdə onlarla qadın həbs edilib.

 

Qeyd edək ki, İranda ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşir, həbsə və pul cəriməsinə məhkum edilirlər.

 

VİDEO:

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN