Tehranda Əmək Nazirliyi binası qarşısında keçirilən dinc etirazda tutulan 14 qadın azadlığa buraxılıb - FOTOLAR və 1 VİDEO

Tehranda Əmək Nazirliyi binası qarşısında keçirilən dinc etirazda tutulan 14 qadın azadlığa buraxılıb - FOTOLAR və 1 VİDEO

GünAzTV: Martın 8-i, Beynəlxalq Qadınlar Günündə Tehranda Əmək Nazirliyi binası qarşısında keçirilən dinc etirazlarda tutulan 14 qadın azadlığa buraxılıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən tutularaq Vəraminin Qərçək zindanına aparılan 14 qadın, 4 günlük həbsdən sonra martın 12-si sübh saatlarında Tehranın Evin zindanına gətirilib və ordada qadınlar  mülki vəsiqə girovu qarşılığında azadlığa buraxılıblar.

 

Yayılan məlumata əsasən, azadlığa buraxılan qadınlar bunlardır: Məhşid Pur Əsədi, Bənövşə Camali, Zöhrə Əsədpur, Pərəstu Allahyari, Azadə Behkiş, Azər Gilani, Mövlud Hacızadə, Atifə Xosrəvi, Mərziyyə Əmiri, Zəhra Əhmədi, Bahar Aslani, Sudabə Rəxş, Şəhla İntisari və Ayna Yaqubi.

 

Martın 8-də yüzlərlə qadın, İranın Əmək Nazirliyinin binası qarşısında dinc aksiya keçirərək, dövlət və özəl sektorda çalışan qadınların iş şəraitinin yaxşılaşdırılmasını, cinsi ayrı-seçkiliyə son qoyulmasını, işçi və fəhlə qadınların minimum əmək haqqının artırılmasını, hamilə qadınların uşaq doğandan sonra bir neçə aylığa evə buraxılmasını və onların həmin müddət başa çatandan sonra yenidən işə qayıda bilməsinə təzminat verilməsini və digər hüquqlarına riayət olunmasını tələb etmişdilər.

 

Sosial şəbəkələrdə yayılan çağırışa əsasən, nazirliyin binası qarşısında toplaşan qadınlar, polis və mülki geyimli ETTELAAT əməkdaşlarının hücumuna məruz qalmışdı. Nəticədə, 80-dən çox qadın həbs edilmişdi. Həbs edilənlərin əksəriyyəti bir neçə saatdan sonra azadlığa buraxılsa da, onların ən fəalları Vəraminin Qərçək zindanına aparılmışdı.

 

 

Bildirilir ki, hökumət qüvvələri qadınları tutarkən, onlara qarşı zorakılığa əl atmış, onları təpikləyərək, döyə-döyə avtomobillərə mindirərib aparmışdılar.

 

 

 

 

 

VİDEO:

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN