Tehranda islam inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə Amerika və İsrail bayraqları yandırılıb - FOTOLAR və 1 VİDEO

Tehranda islam inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə Amerika və İsrail bayraqları yandırılıb - FOTOLAR və 1 VİDEO

GünAzTV: Fevralın 11-də (22 Bəhmən) islam inqilabının 40-cı ildönümü münasibətilə Tehranda hakimiyyət tərəfdarlarının yürüşü keçirilib.

 

On minlərlə insanın qatıldığı yürüşə, hakim ruhanilərin ailə üzvləri, rəsmilər, “Sepah” və “Bəsic” təşkilatının üzvləri, “Hizbullah”çı dəstələr, dövlət qurumlarının işçiləri, ibtidai və orta məktəb şagirdləri və paytaxtın ətraf kənd və qəsəbələrindən pul və yemək qarşılığında avtobuslarla paytaxta gətirilmiş insanlar qatılıb.

 

Yürüşdə, Amerika və İsrailə qarşı “ölüm” şüarı səsləndirilib, bu iki ölkənin bayraqları yandırılıb. Mərasimdə İran prezidenti Həsən Ruhani çıxış edib. Yürüş, İranın bir sıra digər şəhərlərində də keçirilib. Yürüşlərin əvvəlcədən planlaşdırıldığı, dövlət idarələri işçiləri ilə məktəblilərin məcburi şəkildə yürüşə gətirilməsi xarici jurnalistlərin gözündən yayınmayıb.

 

Həmçinin, Tehranda molla rejiminə müxalif qüvvələrin hər hansı bir mümkün etirazının qarşısını almaq üçün, sübh tezdən paytaxtın əsas küçə və meydanları hüquq-mühafizə əməkdaşlarının, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin nəzarətinə götürülüb.

 

 

 

 

 

 

 

 

 

 

 

Yürüşə qatılanların bir qismini ətraf kənd və qəsəbələrdən paytaxta gətirən avtobusların VİDEOSU:

 

 

 A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN