Tehranda qar uçqunu baş verib: Bir neçə insan qarın altında qalıb

Tehranda qar uçqunu baş verib: Bir neçə insan qarın altında qalıb

GünAz TV: Bu gün səhər saatlarında Tehranın Toçal yüksəkliklərində qar uçqunu baş verib. Nəticədə bir neçə nəfər qarın altında qalıb.

 

Hadisə yerinə cəlb edilmiş xilasedicilər hələ ki, 45 yaşlı bir kişini xilas edə biliblər. Xəstəxanaya yerləşdirilən həmin şəxsin vəziyyəti ağırdır.

 

Qar uçqunu altında başqa 2 nəfərin qaldığı da ehtimal edilir. Hələ ki, onların tapılması istiqamətində axtarışlar davam edir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN