Tehranda restoranlardan birində keçirilən banketə qatılan daha 13 qız və oğlan yaxalanıb

Tehranda restoranlardan birində keçirilən banketə qatılan daha 13 qız və oğlan yaxalanıb

GünAzTV: İran paytaxtı Tehranda restoranlardan birində keçirilən banketə qatılan daha 13 qız və oğlan yaxalanıb.

 

Tehran hüquq-mühafizə qüvvələri rəsmilərinin mediaya açıqlamalarında bildirilir ki, polis əməkdaşları oktyabrın 22-də paytaxt restoranlarından birinə toplaşan 13 qız və oğlanı bir-biri ilə şənlənərkən tutublar: “Həbs edilənlər, Şeytanpərəstliyə meyilli gənclərdir. Onlar özləri ilə Şeytanpərəstlik nişanələrini daşımaqda günahlandırılır və hazırda polis bölməsində dindirilirlər”.

 

Polis rəsmiləri, “Şeytanpərəstliyə meyilli gənclər” dedikdə konkret nəyi nəzərdə tutduqlarını açıqlamayıblar.

 

Qeyd edək ki, İran rəsmiləri bir çox hallarda bir araya gəlib vaxtlarını birlikdə keçirən metal musiqi qruplarının tərəfdarlarını “Şeytanpərəstlər” deyə adlandırırlar.

 

 

Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu yana, İranın müxtəlif şəhərlərində qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günləri mərasimlərinə edilən hücumlarda 1450-dən çox adam həbs edilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN