Tehranda Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Əksəriyyəti İranlılardan olan bütün sərnişinlər həlak olub - FOTOLAR

Tehranda Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Əksəriyyəti İranlılardan olan bütün sərnişinlər həlak olub - FOTOLAR

GünazTV: Tehrandan Kiyevə uçan Ukrayna Hava Yollarına məxsus "Boeing 737" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində əksəriyyəti İran vətəndaşlarından olan bütün sərnişinlər həlak olub.

 

 Hadisə, yanvarın 8-i sübh saatlarında baş verib. Yayılan məlumatlara əsasən, bir saat gecikmə ilə Tehranın “İmam Xomeyni” beynəlxalq hava limanından səmaya qalxan təyyarə, uçuşdan iki dəqiqə sonra yaranmış texniki nasazlıqdan yanmağa başlayıb. Təyyarə az sonra Tehranın Pərənd məntəqəsində yerə çırpılıb.

 

 İranın Təcili Tibbi Yardım Təşkilatının rəisi Pirhüseyn Kolivənd jurnalistlərə açıqlamasında deyib ki, qəza nəticəsində ekipaj heyəti ilə birlikdə 180 nəfər həyatını itirib. Bildirilir ki, Təyyarənin göyərtəsində olan sərnişinlərdən 32-si Ukrayna və digər ölkələrin vətəndaşları, qalanları isə İran vətəndaşları olub.

 

 Hadisənin səbəbləri araşdırılır.

 

 

 

 

 

 

 

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN