Tehranın ayaqqabı bazarı tətilə başladı. Yüzlərlə başmaqçı mağazalarını bağlayaraq etiraz yürüşü keçirib - 9 VİDEO

Tehranın ayaqqabı bazarı tətilə başladı. Yüzlərlə başmaqçı mağazalarını bağlayaraq etiraz yürüşü keçirib - 9 VİDEO

GünAzTV: Avqustun 11-də Tehranın ayaqqabı bazarında başlanan kütləvi tətillər getdikcə geniş vüsət alır. Ayaqqabı istehsalı və satışı ilə məşğul olan yüzlərlə başmaqçının öz mağaza və sexlərini bağlayaraq etirazlara qatılması ötən gün də davam edib.

 

Avqustun 12-də yüzlərlə başmaqçı küçə yürüşlərinə başlayaraq ölkənin ağır iqtisadi durumuna, baş alıb gedən bahalığa və ayaqqabı istehsalçılarının müxtəlif problemlərlə üzləşdiklərinə etiraz bildiriblər. Ayaqqabı istehsalında istifadə edilən keyfiyyətli xam malın çatışmazlığından və ya baha qiymətlərlə əldə olunmasından narahat olan yürüş iştirakçıları “Diktatora ölüm” və “Bahalığın səbəbkarlarına ölüm” şüarları səsləndirərək hökumətin başmaqçıların ağır durumuna laqeyd qalmasına etiraz bildiriblər.

 

Yürüş iştirakçıları həmçinin “Mağazalarınızı bağlayın” və “Tətilə qoşulmayanlar biqeyrətdir” şüarları səsləndirərək digər mağaza sahiblərini qorxunu kənara atıb rejimə qarşı etirazlara qoşulmağa çağırıblar.

 

Polisin bir neçə yerdə yürüşə müdaxilə etdiyi, etirazçıları dağıtmağa cəhd göstərdiyi bildirilir. Dinc şəkildə keçirilən etirazlarda mümkün həbslərin həyata kçirilib-keçirilmədiyi haqda hər hansı bir məlumat yayılmayıb.

 

 

 

VİDEOLAR:

 

 

 

 

 

 

 

 

 

 

 A.M

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN