Tehranın Fatimi küçəsində zibilxanada yatan uşağın ürək dağlayan görüntüsü yayılıb- Video

Tehranın Fatimi küçəsində zibilxanada yatan uşağın ürək dağlayan görüntüsü yayılıb- Video

GünAz TV: Tehranın mərkəzi küçələrindən hesab edilən Fatimidə zibilxanada yatan uşağın görüntüsü son günlər sosial şəbəkələrdə müzakirə edilən əsas məsələlərdəndir.

 

Bu foto İranda hökm sürən ağır iqtisadi və sosial problemlərin, eləcə də onun insanlar, xüsusilə də kasıblıq səbəbindən işləməyə vadar olan uşaqlara təsirlərini özündə əks etdirir. Foto həmçinin icra hakimiyyətləri və bələdiyyələrin ölkəni capıb-talamasını, eləcə də uşaqları zibil daşımaq kimi işlərdə işlətməklə, onların hesabına sərvətlər toplayan hökumət mafiyalarının çirkli əməllərini bütün çılpaqlığı ilə aşkara çıxarır.

 

 

Bundan başqa, bir neçə ay öncə Ərakda da qışın qarlı günlərində kartonlarda yatan insanların görüntüləri sosial şəbəkələrə yol açmışdı. Video kasıb və evsiz olan insanlar qarda özlərinə yer düzəldərək, qışın bu soyuğunu çöldə keçirməyə məcbur olduqlarını nümayiş etdirirdi.

 

 

İnsanların bu cür acınacaqlı vəziyyətdə yaşamasına baxmayaraq, başda “dini lider” Əli Xamneyi olmaqla, İran rejiminin məsulları ölkəni çapıb-talamaq yolu ilə böyük sərvətlərə malikdirlər. Öz vətəndaşları küçələrdə yatan İran rejimi ölkənin gəlirlərinin böyük hissəsini terror təşkilatları və yaraqlı qruplaşmalara, eləcə də Livan, İran, Suriya və Fələstində tikinti işlərinə xərcləməkdədir.

 

Xüsusilə, İran Hizbullah və İsrail arasında 2006-cı ildə baş verən və tarixə 33 günlük müharibə kimi düşən hərbi qarşıdurmadan sonra Livanın dağılmış infrastrukturunu milyardlarla dollar xərcləyərək bərpa etmişdi. Burada evləri dağılan əhaliyə də İran evlər tikərək pulsuz paylamışdı.

 

Fələstində də İran binalar tikərək, yaraqlılara və onların yaxınlarına pulsuz paylayır. İraqda isə İran dini məbədlərin bərpa işlərinə ötən illər ərzində milyardlarla dollar vəsait xərcləyib. Hazırda isə iranlı rəsmilər Suriyanın müharibə nəticəsində dağılmış bütün infrastrukturlarını bərpa edəcəklərini bəyan edirlər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN