Tehranın imam cüməsi: “Düşmənlər Qum və ruhaniliklə bağlı planlar qurub”

Tehranın imam cüməsi: “Düşmənlər Qum və ruhaniliklə bağlı planlar qurub”

GünAz TV: Yanvarın 31-i Qum vilayətinin axundları ilə görüşən Tehranın müvəqqəti imam cüməsi Kazım Sadiqi “düşmənlərin ölkədə dindarlığı zəiflətməyə” çalışdığını iddia edib.

 

O, axundlara müraciət edərək, “düşmənlərin Qum və ruhaniliyi zəiflətmək üçün planlar qurduğu”nu deyib və onları “bu planlar qarşısında ayıq- sayıq olmağa” səsləyib.

 

Onun sözlərinə görə, bu “planlar”ın bir hissəsi din xadimlərini inamsız insanlar kimi göstərərək, cavanları dindarlıqdan uzaqlaşdırmaqdan ibarətdir. Tehranlı axund bu “planlar”ı quran “düşmənlər”in kim olduğunu isə açıqlamayıb.

 

Xatırladaq ki, İranda iqtisadi problemlər üzündən insanların mövcud rejimə qarşı etirazları geniş vüsət almaqdadır. İranlı rəsmilər və axundlar isə hər zaman bu etirazların səbəbini xarici faktorlara bağlamağa çalışırlar. Tehranın müvəqqəti imam cüməsi Kazım Sadiqi bir neçə gün öncə isə ölkədə iqtisadi vəziyyətdən “çıxış yolu” kimi xalqı oruc tutmağa və bununla da yemək- içməyə qənaət etməyə çağırmışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN