Tehranın polis rəisi itlərin qətliam edilməsini lentə alan şəxsin tezliklə tutulacağını deyib

Tehranın polis rəisi itlərin qətliam edilməsini lentə alan şəxsin tezliklə tutulacağını deyib

GünAz TV: Tehranın polis rəisi Hüseyn Rəhimi bildirib ki, itlərin qətliam edilməsini videoya çəkən şəxs “yanlış ictimai rəy formalaşdırmaq” ittihamı ilə saxlanılacaq.

 

O iddia edib ki, bu görüntülər yeni deyil, ötən illərdə çəkilib.

 

Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə İranda itlərin ürəyinə iynədə zəhər və ya əsid vurmaqla, qətliam edilməsini ehtiva edən videolar yayınlanmışdı. Tehran bələdiyyəsinin rəsmilərinin iddialarına əsasən, bu videolar 2 il əvvəl çəkilib.

 

Videoların yayılmasından sonra heyvan haqları müdafiəçiləri Tehran bələdiyyəsinin bu qeyri-insani addımına etiraz əlaməti olaraq ard-arda iki gün aksiya keçirib. Etiraz aksiyaları zamanı onların bir neçəsi polis tərəfindən saxlanılıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN