Tehranın polis rəisi qadını döyən polislərin tutulması ilə bağlı verdiyi göstərişin icrasını dayandırıb

Tehranın polis rəisi qadını döyən polislərin tutulması ilə bağlı verdiyi göstərişin icrasını dayandırıb

GünAz TV: Tehranın polis rəisi Hüseyn Rəhimi cavan qadını döyən 2 polis əməkdaşının saxlanması və işlərindən azad edilməsi ilə bağlı verdiyi göstərişin icrasını dayandırıb.

 

Yerli media orqanlarının məlumatına görə, Rəhimi 2 polis əməkdaşı ilə bağlı yekun qərarın aparılan araşdırmalardan sonra veriləcəyini deyib.

 

Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə Tehranın polis parkında iranlı cavan bir qadının polislər tərəfindən döyüldüyünü və zorla maşına mindirildiyini əks etdirən video yayılmışdı. Həmin videoda polislərin qadına vurduğu zərbələr açıq-aşkar görünürdü.

 

Bundan sonra Tehran şəhər polis idarəsi polislərin xalqın “islami qaydalara əməl etməsi” üçün keçirdiyi reydləri təqdir etsə də, iki polis əməkdaşının qadınlarla namünasib davrandığına görə işlərindən azad olduğu barədə məlumat yaymışdı.

 

Polis rəisi Hüseyn Rəhiminin hansı səbəbdən öz qərarını dəyişdiyi məlum deyil.

 

Qeyd etmək lazımdır ki, İranın əksər bölgələrində tez-tez polis və ya təhlükəsizlik orqanları əməkdaşları sadə xalqı müxtəlif səbəblərdən döyür. Xüsusən də yay fəslinin gəlməsi və havaların isinməsindən sonra polislərin hicab məsələsinə görə qadınlara qarşı zorakılıqları və şiddəti artır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN