Tehranla London arasında gərginlik: Səfir İran XİN-ə çağırıldı

Tehranla London arasında gərginlik: Səfir İran XİN-ə çağırıldı

GünAz TV: İran Britaniyanın Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

 

İran XİN-in sözçüsü Abbas Musəvi bildirib ki, buna səbəb bu gün bu ölkəyə məxsus neft tankerinin Cəbəli-Tariq boğazında İngiltərənin Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanmasıdır.

 

Musəvi əlavə edib ki, məsələ ilə əlaqədar olaraq İranın notası səfirə təqdim edilib.

 

Qeyd etmək lazımdır ki, bu gün İrandan hərəkətə çıxan və Suriyaya neft aparan tanker Cəbəli-Tariq boğazında saxlanıb. Buna səbəb kimi gəminin Avropa İttifaqının 2011-ci ilin mayında Suriya rejiminə qarşı qəbul etdiyi sanksiyaları pozması göstərilir.

 

İngiltərənin baş naziri Tereza Meyin sözçüsü Hərbi Dəniz Qüvvələrinin bu addımını alqışlayıb.

 

Öz növbəsində Avropa İttifaqı məsələyə münasibət bildirməkdən çəkinib. Qurum yalnız bildirib ki, sanksiyaların icrasını təmin etmək üzv ölkələrin vəzifələrindən hesab edilir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN