Tereza Mey: “Biz, region ölkələrinin İranın məntəqədəki fəaliyyəti barədə nigarançılığını dərk edirik”

Tereza Mey: “Biz, region ölkələrinin İranın məntəqədəki fəaliyyəti barədə nigarançılığını dərk edirik”

GünAzTV: Martın 5-də Ər-Riyada səfər edən Böyük Britaniyanın baş naziri Tereza Mey, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səudla görüşüb danışıqlar apardıqdan sonra jurnalistlərə açıqlamasında İranın region ölkələrinin daxili işlərinə müdaxiləsindən apardığı danışıb.

 

İranın bölgədə açıq-aşkar terrorizmə dəstək verməsi və ərəb ölkələrinin daxili işlərinə qarışması ilə bağlı sualı cavablandıran Tereza Mey deyib ki, Böyük Britaniya, region ölkələrinin İranın məntəqədə apardığı fəaliyyəti barədəki nigarançılığını dərk edir: “Biz, İranın bölgənin sabitliyinə qarşı fəaliyyət aparmasında, İraq və Livanın daxili işlərinə qarışmasında, Yəməndə “husi”ləri dəstəkləməsində və Bəşər Əsəd rejiminə dəstək məqsədilə “Sepah”ın “Qüds” qanadının qüvvələrini Suriyaya göndərməsində şübhə etmirik. Elə buna görə də, biz, region ölkələrinin bu baxımdan nigaran qalmasını başa düşür, tamamilə dərk edirik.

 

Biz İrandan istəyirik ki, Suriyada konstruktiv bir rol oynasın və bu ölkədə siyasi qüdrətin ötürülməsi ilə bağlı Cenevrə danışıqlarına dəstək versin. Biz həmçinin İrandan istəyirik ki, Yəmənin müstəqilliyinə və onun ərazi bütövlüyünə hörmətlə yanaşaraq, bu ölkədə yaşanan böhranın həllinə yardım etsin. Biz, İranın bölgəyə müdaxiləsi qarşısında region ölkələrinə dəstəyimizi davam etdirəcəyik”.

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN