Tereza Mey istefasını elan etdi

Tereza Mey istefasını elan etdi

GünAz TV: Böyük Britaniyanın Baş naziri Tereza Mey hakim Mühafizəkarlar Partiyasının rəhbəri vəzifəsindən istefa verəcəyini açıqlayıb.

 

Baş nazir bu açıqlamanı öz iqamətgahında jurnalistlərə verib.

 

O bildirib ki, iyun ayının 7-də partiya rəhbəri və baş nazir vəzifəsindən ayrılacaq.

 

Mühafizəkarlar partiyasının yeni liderinin seçilməsi prosesi rəsmən iyunun 7-dən sonra başlayacaq. Britaniyanın sabiq xarici işlər naziri Boris Conson artıq bu posta namizədliyini irəli sürmək niyyətində olduğunu elan edib. İcmalar Palatasının sabiq lideri Andrea Lidsom da belə imkanı nəzərdən keçirir. Ölkənin xarici işlər naziri Ceremi Hant və daxili işlər naziri Sacid Cavid potensial namizədlər arasındadır.

 

Kabinetin yeni rəhbəri seçilənədək Tereza Mey baş nazir səlahiyyətlərini müvəqqəti olaraq icra edəcək. Bu proses adətən 6 həftəyə yaxın davam edir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN