Tereza Mey: “Körfəz ölkələri İrandan fərqli olaraq bizim strateji tərəfdaşlarımız sayılır”

Tereza Mey: “Körfəz ölkələri İrandan fərqli olaraq bizim strateji tərəfdaşlarımız sayılır”

GünAzTV: Körfəz Əməkdaşlıq Şurasına üzv ərəb ölkələrinin xarici işlər nazirlərinin Mənamədə keçirilən toplantısına qatılmaq üçün Bəhreynə səfər edən Böyük Britaniyanın baş naziri Tereza Mey dekabrın 7-də “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində şuranın fəaliyyətindən və İranın regiondakı rolundan danışıb.

 

İranın regiondakı ərəb ölkələrinin daxili işlərinə qarışmasının ciddi nigaranlığa səbəb olduğunu bildirən Tereza Mey deyib ki, o, körfəzin təhlükəsizliyinin qorunub çiçəklənməsini öz ölkəsinin təhlükəsizliyinin qorunması və inkişafı sayır: “Biz də, İranın regionda altdan-altdan apardığı təxribat xarakterli fəaliyyətindən və onun bölgə ölkələrinin daxili işlərinə müdaxiləsindən narahatlıq hissi keçirir, bu baxımdan ərəb ölkələri ilə eyni fikirdəyik. Çünki körfəz ölkələri, İrandan fərqli olaraq bizim strateji tərəfdaşlarımız sayılır.

 

Bu gün, istər ərəb, istərsə də Qərb ölkələrində təhlükəsizliklə bağlı problemlər artmaqdadır. Elə buna görə də hesab edirəm ki, biz təhlükəsizlik məsələləri ilə əlaqədar, eləcə də terrorizmlə bağlı təhdidlərin qarşısını almaq üçün bir-birimizlə əməkdaşlıq etməliyik. Bu baxımdan, biz İranın regiondakı hücumçu addımlarını zərərsizləşdirmək üçün körfəz ölkələrinə yardım edirik. Düşünürəm ki, İranın təhdidləri qarşısında bizim birgə strateji plan və proqramımız olmalı, bu barədə birgə iş aparmalıyıq”.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN