Təyyarənin vurulmasında ölənlərin dəfn mərasimlərində İran rejimi və Xamneyi əleyhinə şüarlar səsləndirilib

Təyyarənin vurulmasında ölənlərin dəfn mərasimlərində İran rejimi və Xamneyi əleyhinə şüarlar səsləndirilib

GünAz TV: Ukrayna hava yollarına məxsus təyyarənin “Sepah” tərəfindən vurulması nəticəsində ölənlərin bu gün İranın müxtəlif bölgələrində dəfn mərasimləri keçirilib.

 

Tehran, Səbzivar, Gürgan, Həmədan və Yəzd şəhərlərində keçirilən mərasimlər zamanı rejim əleyhinə şüarlar səsləndirilib.

 

İştirakçılar dövlət və “Sepah”la yanaşı, “dini lider” Əli Xamneyiyə qarşı “ölüm olsun zalım rəhbərə” kimi şüarlar səsləndiriblər.

 

Xatırladaq ki, sözügedən təyyarənin vurulması nəticəsində onun göyərtəsində olan 176 nəfərin hamısı faviəvi şəkildə ölmüşdü. İran ilk günlərdə təyyarənin vurulmadığını, texniki nasazlıq səbəbindən qəzaya uğradığını iddia etsə də, bir neçə gündən sonra təkzibolunmaz faktlar qarşısında cinayətini etiraf etməyə məcbur qalmışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN