The Japan times: “Yaponiya gələn aydan İrandan neft idxalını dayandıra bilər”

The Japan times: “Yaponiya gələn aydan İrandan neft idxalını dayandıra bilər”

GünAzTV: Yaponiya hökuməti bi ilin oktyabr ayından İrandan neft idxalını dayandıra bilər. Bu barədə Yaponiyanın “The Japan Times” qəzeti sentyabrın 2-də məlumat yayıb.

 

Məlumatda bildirilir ki,Yaponiyanın İrandan neft idxalının dayandırılması ilə bağlı verəcəyi qərar, ABŞ prezidenti Donald Tramp hökumətinin İrana qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədardır: “İran neftinin digər ölkələrin neftindən ucuz olmasını nəzərə alaraq, ona başqa alternativlər axtarıb tapmaq, bir az baha başa gələcək. Lakin buna baxmayaraq, Yaponiya şirkətləri ölkənin enerjiyə olan ehtiyacını təmin etmək üçün başqa alternativlər axtarıb tapmalıdırlar”.

 

Həmçinin Yaponiyanın “Nikkei” saytı məsələ ilə bağlı yaydığı bir yazıda bildirib ki, əgər İrandan neft idxalı dayandırılsa, bu ölkənin “JXTJ”, “Fuji oil” və “Showa Shell Sekiyu” şirkətləri neftə olan ehtiyaclarını Səudiyyə Ərəbistanından və digər ölkələrdən təmin etmək məcburiyyətində qalacaqlar.

 

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Sanksiyaların birinci mərhələsində, İranın qızıl və digər qiymətli metallarının satışına, avtomobil sənayesinə, gəmiçilik sığortasına, xarici banklardan İrana valyuta köçürmələrinə, İran xalçası ilə qida məhsullarının ixracına və s. qadağa qoyulub.

 

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN