“The New York Times" qəzeti: “Tramp İrana məhdud hücumla bağlı qərarından son anda vaz keçib”

“The New York Times

GünazTV: “The New York Times" qəzeti iyunun 20-də adlarının çəkilməsini istəməyən Amerika hökumətindəki bəzi mənbələrə istinadən prezident Trampın İranın bir sıra həssas mövqelərinə məhdud hücumla bağlı qərar verməsi barədə məlumat yayıb.

 

Məlumatda bildirilir ki, ABŞ prezidenti bu ölkəyə məxsus pilotsuz uçan aparatın “Sepah” tərəfindən vurulmasına cavab olaraq, İranın bir sıra hərbi mərkəzlərinə, radar və hava hücumundan müdafiə raket sisteminə qarşı məhdud şəkildə hücum əmri versə də, öz qərarından son anda imtina edib. Beləliklə də Amerikanın təyyarə daşıyan gəmiləri və bombardımançı təyyarələri hərbi əməliyyata hazırlaşdığı bir vaxtda, iyunun 21-i sübh saatlarına planlaşdırılan və ilkin mərhələdə olan əməliyyat naməlum səbəbə görə son anda dayandırılıb.

 

ABŞ prezidentinin İran İslam Respublikasının bəzi həssas mərkəzlərinə məhdud hücumla bağlı qərarından imtina etməsinin səbəbi açıqlanmayıb. Əməliyyatın tamamilə ləğv edilməsi və ya  təxirə salınması barədə hər hansı bir məlumat yayılmayıb”.

 

Xatırladaq ki, “Sepah” terror təşkilatı iyunun 20-də bəyanat yayaraq, İranın Hormozqan əyalətində yerləşən “Mübarək” dağının yaxınlığında “ölkə sərhəddini pozduğuna görə” Amerikanın “MQ-4C Triton” tipli pilotsuz uçan kəşfiyyat aparatını vurduğundan xəbər verib.

 

 

Amerikanın Müdafiə Nazirliyi “Pentaqon” isə “Sepah”ın bu iddiasını rədd edərək bildirib ki, bu ölkəyə məxsus pilotsuz uçan aparat İran sərhəddini pozmayıb və o beynəlxalq hava məkanında Hörmüz boğazı üzərində uçarkən İran tərəfindən vurulub.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN