Tiflisdə etiraz aksiyasına canlı zəncirlə yekun vurulub

Tiflisdə etiraz aksiyasına canlı zəncirlə yekun vurulub

GünAz TV: Tiflisdə Gürcüstan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyası başa çatıb.

 

"Report" yerli bürosu xəbər verir ki, etirazçılar parlamentin binası ətrafında canlı zəncir yaradaraq, Gürcüstanın dövlət himnini ifa ediblər.

 

Aksiyaçılar hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişviliyə məxsus biznes mərkəzə yürüş etməkdən imtina ediblər.

 

Aksiyanın bu gün saat 19:00-da bərpa olunacağı elan olunub.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN