Tillerson: “Krım qaytarılmayanadək ABŞ Rusiyaya qarşı sanksiyaları geri götürməyəcək”

Tillerson: “Krım qaytarılmayanadək ABŞ Rusiyaya qarşı sanksiyaları geri götürməyəcək”

GünAz TV: Krım Ukraynaya qaytarılmayanadək Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyaya qarşı sanksiyaları geri götürməyəcək.

 

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Brüsseldə NATO ölkələri xarici işlər nazirlərinin görüşündə bəyan edib.

 

“ABŞ və NATO tərəfindən Ukraynaya dəstək davamlı olaraq qalacaq. NATO üzrə tərəfdaşlarımız da Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir”, deyə R.Tillerson bildirib.

 

O əlavə edib ki, ABŞ Rusiyadan Minsk razılaşmalarının yerinə yetirilməsini tələb etməkdə davam edəcək.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN