Tom Kotton bir qrup senatorla 1983-cü il terroru nəticəsində ölənlərin ailələrinin İrandan kompensasiya alması üçün layihə hazırlayıb

Tom Kotton bir qrup senatorla 1983-cü il terroru nəticəsində ölənlərin ailələrinin İrandan kompensasiya alması üçün layihə hazırlayıb

GünAz TV: Arkanzas ştatından seçilmiş respublikaçı senator Tom Kotton Senatın bir qrup üzvü ilə birlikdə terror qurbanlarının ailələrinin İrandan kompensasiya alması üçün layihə irəli sürüb.

 

Layihəyə əsasən, 1983-cü ildə baş vermiş terror hücumu nəticəsində ölmüş 241 amerikalı hərbçinin ailəsi İrandan kompensasiya almaq üçün məhkəməyə müraciət edə bilər.

 

Qeyd etmək lazımdır ki, 12 oktyabr 1983-cü ildə Livanın paytaxtı Beyrut şəhərində dəniz piyadalarına qarşı həyata keçirilmiş kamikadze hücumu nəticəsində 241-i amerikalı olmaqla, ümumilikdə 307 nəfər həlak olmuşdu. Qərb bu hücuma görə İranı günahlandırır.

 

Demokrat senatorlar da qeyd edilən layihəni imzalayanlar arasındadırlar.

 

Nümayəndələr Palatasında da republikaçı Qriqori Cozef Pens və demokrat Ruben Qalleqo Tom Kottonun layihəsinə oxşar layihə hazırlayıblar.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN