Tom Kotton: “Uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətin bərpası, İrana hakim axundların məhvinə aparan bir yoldur”

Tom Kotton: “Uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətin bərpası, İrana hakim axundların məhvinə aparan bir yoldur”

GünazTV: ABŞ Senatının Arkanzas ştatından seçilmiş yüksək rütbəli respublikaçı üzvü, senator Tom Kotton iyulun 8-də bəyanat yayaraq, İranın nüvə silahına yiyələnməsi məqsədilə nüvə sazişində uranın zənginləşdirilməsi üçün təyin edilən həddi aşmasına münasibət bildirib.

 

O deyib ki, rəsmi Tehran onun nüvə silahı əldə etməsinin qarşısını almaq üçün qoyulan çərçivə və məhdudiyyəti pozaraq təhlükəli bir oyuna başlayıb: “İran rejimi atom uçurumunun bir addımlığında çox təhlükəli bir oyuna başlayıb. Lakin hesab edirəm ki, Amerika Birləşmiş Ştatları və onun avropalı müttəfiqləri İran rejiminin təhdidləri qarşısında təslim olmamalı, susmamalıdırlar. Sözsüz ki, rəsmi Tehranın uranın zənginləşdirilməsi ilə bağlı başlatdığı fəaliyyəti, İrana hakim rejimin və onun başında duran axundların məhvinə aparan bir yoldur” –deyə senator Tom Kotton əlavə edib.

 

Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyi bəyanat yayaraq, İranın nüvə sazişində uranın zənginləşdirilməsi üçün qoyulan limiti keçməsi barədə yayılan xəbərləri təsdiq edib.

 

 

Agentliyinin bir sözçüsü iyulun 8-də jurnalistlərə açıqlamasında deyib ki, qurumun baş direktoru Yukio Amano agentliyin idarə heyətinə təqdim etdiyi hesabatda agentlik müfəttişlərinin bu məsələni təsdiq etdiklərini açıqlayıb: “Agentlik müfəttişləri artıq təsdiq edirlər ki, İranın 235 növlü zənginləşdirilmiş uranının qatılığı təyin edilmiş 3.67%-dən  keçib” –deyə agentlik sözçüsü əlavə edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN