Totalın İranla bağlı rüşvət qalmaqalına görə Bican Namdar Zanqane ilə bağlı araşdırmalar başlayıb

Totalın İranla bağlı rüşvət qalmaqalına görə Bican Namdar Zanqane ilə bağlı araşdırmalar başlayıb

GünAz TV: İran Milli Məclisinin enerji komissiyasının üzvü Hidayətullah Xadimi 21 dekabr tarixində Paris məhkəməsinin Total şirkətinə iranlı rəsmilərə rüşvət verdiyinə görə pul cəzası kəsməsindən sonra Bican Namdar Zanqane barəsində araşdırmaların başladığını deyib.

 

Onun sözlərinə görə, artıq komissiya Zenqanedən bu barədə suallar soruşub və rüşvət məsələsi xarici məhkəmə orqanları tərəfindən sübuta yetirildiyinə görə İran məhkəmə sistemi də bu məsələyə qarışmalıdır.

Hidayətullah Xadimi bildirib ki, Zenqanenin İran Neft naziri olduğu müddətdə “Total”, “Statoil” və “Crescent” kimi neft şirkətləri ilə imzalanan müqavilələr zamanı iranlı məmurların rüşvət alması xarici məhkəmələrdə isbata yetirilib.
 
Xadimi həmçinin deyib ki, 2013-cü ildə “Cənubi Pars” şirkəti “11-ci mərhələ” adlı layihəni icra etmək istəyib, lakin Neft Nazirliyinin bu layihəni “Total” şirkətinə verməyə maraqlı olmasına görə, onlar hələ də həyata keçirilməyib. Layihə “Total”a iki dəfə təqdim edilsə də, sanksiyalar səbəbindən şirkət hər dəfə onları icra etmədən, İranı tərk edib:  “Bican Namdar Zanqanenin Neft naziri olduğu dövrdə bəzi məmurlar rüşvət almaqla xarici ölkələrin lehinə müqavilələr imzalayıblar, bu səbəbdən də məhkəmə sistemi bu cinayət işini araşdırmalıdır.”- deyə komissiyanın üzvü əlavə edib.

Qeyd edək ki, 21 dekabr tarixində Fransa məhkəməsi Total şirkətini İrana rüşvət verdiyinə görə 500 min avro məbləğində cərimə etmişdi. Şirkətin iranlı məmurlara rüşvət verərək, müxtəlif neft və qaz layihələrinin icrasına nail olduğu məhkəmə tərəfindən isbata yetirildiyi üçün bu qərar çıxarılmışdı.


 
Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN