Tramp: “Amerika və Böyük Britaniya əmin olmaq istəyirlər ki, İran atom silahına yiyələnməyəcək”

Tramp: “Amerika və Böyük Britaniya əmin olmaq istəyirlər ki, İran atom silahına yiyələnməyəcək”

GünazTV: İyunun 4-də Londona səfər edən ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Tereza Meylə görüşdən sonra jurnalistlərə keçirdiyi birgə mətbuat konfransında İranın nüvə proqramından və Amerika ilə Böyük Britaniyanın dünyanın müxtəlif bölgələrindəki birgə hədəflərindən danışıb.

 

Tramp, Amerika ilə Böyük Britaniyaya qarşı beynəlxalq təhdidlərə toxunaraq deyib ki, hər iki ölkə İranın nüvə silahı istehsal etməsinin qarşısını almaqda qərarlıdırlar: “Bu gün bizim üzləşdiyimiz təhdidlərdən biri dünyada nüvə silahlarının yayılmasıdır. Bu, bəlkə də ən böyük təhdiddir.

 

Amerika ilə Böyük Britaniya əmin olmaq istəyirlər ki, İran atom silahı istehsal etməyəcək və ona yiyələnməyəcək. Biz, həm də əmin olmaq istəyirik ki, İran terrorizmə dəstəyini dayandıracaq, və bir daha onunla məşğul olmayacaq. Əminəm ki, bunlar olacaq. Biz isə bunun qarşısını almaqda qərarlıyıq” –deyə Donald Tramp əlavə edib.

 

Mətbuat konfransında həmçinin Böyük Britaniyanın baş naziri Tereza Mey jurnalistlərə deyib ki, onun Amerika prezidenti ilə görüşündə, haqqında danışdığı önəmli mövzulardan biri təhlükəsizlik məsələsi olub: “Biz, İranın regionun sabitliyinə qarşı yönəlmiş çirkin əməllərinin qarşısının alınması üçün birgə əməkdaşlıqdan və Tehranın nüvə silahına yiyələnəyəcəyindən əmin olmaq barədə danışıqlar aparmışıq. Biz, problemin həlli ilə bağlı müxtəlif fikirdə olsaq da,  hədəfimiz birdir. Hesab edirik ki, İran nüvə məsələsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq qalmalıdır. Biz, həm də regionda çaxnaşmanın qarşısını almaq üçün əlimizdən gələni edəcəyik” –deyə Tereza Mey vurğulayıb.  

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN