Tramp anonsunu verdi: “Sabahdan İrana qarşı yeni sanksiyalar qəbul ediləcək”

Tramp anonsunu verdi: “Sabahdan İrana qarşı yeni sanksiyalar qəbul ediləcək”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp iyunun 24-dən İrana qarşı yeni sanksiyaların qəbul ediləcəyini bildirib.

 

Tramp “Twitter” sosial şəbəkəsində yazdığı statusda qeyd edib ki, İran nüvə silahına sahib ola bilməz. O, sabiq prezident Barak Obamanın yanlış və dəhşətli siyasətləri nəticəsində İran üçün bir neçə ildə nüvə silahı əldə etmək şansı yarandığını və hazırda bunun aradan qaldırıldığını da vurğulayıb. ABŞ prezidenti həmçinin sabah, yəni iyunun 24-də rəsmi Tehrana qarşı yeni sanksiyalar qəbul ediləcəyinin anonsunu verib.

 

Donald Tramp yazdığı digər statusda İrana hücumla bağlı son qərarını ləğv etmədiyini, yalnız təxirə saldığını bildirib. Trampın sözlərinə görə, o, insanların düşündüyünün əksinə olaraq, geri çəkilməyib, İrana qarşı hücum planı hələ də masa üzərindədir və onun başladılmasını müəyyən zamana qədər təxirə salıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN