Tramp: “Biz İranla çaxnaşmanın aradan qaldırılması üçün tələsmirik”

Tramp: “Biz İranla çaxnaşmanın aradan qaldırılması üçün tələsmirik”

GünazTV: İyunun 27-də G20 qrupuna üzv ölkə başçılarının sammitinə qatılmaq üçün Yaponiyanın Osaka şəhərinə səfər edən ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Vaşinqtonla Tehran arasında yaşanan çaxnaşmadan danışıb.

 

Tramp jurnalistlərdən birinin ona verdiyi “Sizin İrana müsajınız nədir” sualını cavablandıraraq deyib ki, o iki ölkə arasında olan ixtilafların həlli üçün tələsmir: “Mənim İrana müsajım son üç gündə təkrar etdiyim sözlərdir. Biz İranla çaxnaşmanın aradan qaldırılması üçün tələsmirik. Onlar )iranlılar) tələsməyə bilərlər. Onlar üçün vaxt məhdudiyyəti yoxdur. Ümis edirəm ki, mövcud ixtilaf və çaxnaşmalar sonunda öz həllini tapacaq. Belə olsa əla olacaq. Yox əgər belə olmasa, siz işin nəticəsindən xəbərdar olacaqsınız” –deyə Donald Tramp əlavə edib.   

 

Qeyd edək ki, Tramp və Amerikanın digər rəsmiləri son günlər ayrı-ayrılıqda bəyanatlar səsləndirərək, İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün Tehranla yeni bir sazişin imzalanmasının tərəfdarı olduqlarını bildiriblər. Amerika bildirib ki, İran danışıqlar masası arxasına qayıtmayınca və regionda yürütdüyü təhdid dolu dağıdıcı siyasətini dəyişməyincə, Vaşinqtonun İrana qarşı maksimum təzyiq kampaniyası davam edəcək.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN