Tramp bu gün axşam İranla nüvə sazişi barədə qərarını elan edəcək

Tramp bu gün axşam İranla nüvə sazişi barədə qərarını elan edəcək

GünAzTV: ABŞ prezidenti Donald Tramp, Qərbin 2015-ci ildə İranla imaladığı nüvə sazişi və Amerikanın bu müqavilədə qalıb-qalmayacağı barədə qərarını elan edəcəyi tarixi açıqlayıb.

 

O, mayın 7-də özünün rəsmi “Twitter” səhifəsində bu barədə məlumat yayıb. Tramp bildirib ki, o İranla bağlanmış nüvə müqaviləsi barədəki qərarını mayın 8-də, günorta saatlarında açıqlayacaq: “Mən, İranla  saziş barədəki qərarımı sabah saat 2:00-da (Red: İran vaxtı ilə axşam saat 22:30-da, Bakı vaxtı ilə 22:00-da) Ağ Evdən elan edəcəyəm".

 

Amerika rəsmiləri bundan əvvəl Trampın nüvə razılaşması ilə bağlı qərarını mayın 12-də elan edəcəyini bildirmişdilər. Lakin Trampın bunu 4 gün qabağa salması, beynəlxalq siyasi dairələri həyəcanlandırmaqla yanaşı, rəsmi Tehranın ciddi nigaranlığına səbəb olub.

 

Qeyd edək ki, Tramp Qərblə İran arasında imzalanmış nüvə sazişini  “ən pis” və “faciəli iradları olan bir razılaşma” adlandıraraq, onun mətninə yenidən baxılmasını və ona ciddi düzəlişlər edilməsini tələb edib. O, sazişə düzəlişlər edilməyəcəyi təqdirdə, Amerikanın bu müqavilədən çıxacağını bəyan edib.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN