Tramp: “Cinayətkar İran rejiminin dünya sülh və sabitliyinə qarşı əməllərinin qarşısı alınmalıdır”

2017-09-19 22:03

GünAzTV: ABŞ prezidenti Donald Tramp sentyabrın 19-da BMT Baş Assambleyasının 72-ci sessiyasında ilk çıxışını edərkən İrana qarşı çox sərt bəyanatlar səsləndirərək Tehranla imzalanmış nüvə sazişini kəskin pisləyib.

 

Öz çıxışında İran hakimiyyətini “korrupsiyalaşmış cinayətkar və qanunsuz bir rejim” adlandıran Tramp bildirib ki, dünya birliyi əl-ələ verərək öz millətinin sərmayələrini beynəlxalq terrorizmə sərf edən, dünyada sülh və sabitliyə qarşı çıxan İran İslam Respublikasının qarşısında dayanmalıdır: “Biz, cinayətkar İran rejiminin raket proqramını inkişaf etdirərək dünya sabitliyinə qarşı yönələn hərəkətlərini davam etdirməsinə imkan verə bilmərik. Bu gün, İran hakimiyyəti tarixi baxımdan zəngin sayılan bir ölkəni zəif iqtisadiyyatlı quldur və qanuna zidd çıxan bir məmləkətə çevirib. Təəssüflər olsun ki, İranın bu gün dünyaya ixracatı, zorakılıq və qan tökmədən başqa bir şey deyil.

 

İran rəhbərləri demokratiya maskası arxasında fasid və korrupsiyalaşmış bir diktaturanı təmsil edirlər. Onlar ölkə sərmayələrini, yəni neft satışından əldə edilən gəlirləri ölkə vətəndaşlarının həyat səviyyəsini yaxşılaşdırmağa sərf etmək əvəzinə, onu İsrail və bəzi dinc ərəb ölkələrinə qarşı təhdid sayılan Livan “Hizbullah”ına və “Həmas” kimi qruplaşmalara xərcləyir və ya Suriya və Yəməndəki qruplara ayırırlar. Halbuki bu sərmayələr İran millətinə məxsusdur və onlara sərf olunmalıdır. Beləliklə də, İran rejimi nə öz vətəndaşlarının hüquqlarına riayət edir, nə də digər ölkələrin hakimiyyətinə və onların hüququna hörmətlə yanaşır.

 

İran İslam Respublikası hər şeydən artıq öz millətindən qorxur. Məhz həmin qorxunun nəticəsidir ki, bu gün İran hakimiyyəti ölkə əhalisinin İnternetdən sərbəst istifadəsinin qarşısını alır və ya onu məhdudlaşdırır, dinc müxalifləri isə tutub həbsə salır. Biz isə bu rejimdən öz xalqına və onun hüquqlarına, eləcə də öz qonşuları ilə hörmətlə yanaşmağı, beynəlxalq terrorizmə dəstəyini dayandırmasını tələb edirik. Bilin ki, İran milləti bu rejimin dəyişməsini istəyir. Bir sözlə, bu millət, öz kökünə və onu inkişafa doğru aparan sevinc dolu şən günlərinə qayıtmaq istəyir. Biz isə bunu dəstəkləyirik”.

 

 

Tramp öz çıxışında 5+1 qrupunun İranla imzaladığı nüvə sazişinə toxunaraq bu razılaşmanı kəskin pisləyib. Nüvə sazişini tarixin “ən pis” razılaşması adlandıran Tramp deyib ki, Amerika və onun hökuməti bu sazişə yenidən baxacaq: “İranla bağlanmış nüvə razılaşması, bu günə qədər imzalanmış ən pis təktərəfli bir sazişdir. Bu isə Amerika üçün böyük bir rüsvayçılıqdır. Əmin olun ki, bu saziş indiki kimi qalmayacaq. Bu hələ hər şeyin sonu deyil. Qoyun sizə açığını deyim. Biz, “Amerikaya ölüm” şüarı verən, ardıcıl olaraq İsrailin məhvini istəyən və müttəfiqlərimizin düşməni olan bir ölkənin nüvə silahına yiyələnməsinə imkan verə bilmərik və verməyəcəyik də.”

 

Qeyd edək ki, ABŞ prezidenti öz çıxışında həm də Şimali Koreyanın bir-birinin ardınca sınaqdan keçirdiyi ballistik raketlərindən və onları inişaf etdirərək qonşularını atom silahları ilə təhdid etməsindən danışaraq, bu ölkənin rəhbərlərinin dünya sülhünə qarşı yürütdüyü təhlükəli siyasətini kəskin qınayıb.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

İraqın Baş nazirindən "Qüds Briqadası"nın komandanı İsmayıl Qaaniyə: "Ölkəmizə daxil olarkən viza al"

2020-06-05

gun az article

İran polisi əfqan və pakistanlı mühacirlərin maşınını atəşə tutub: 3 nəfər diri-diri yanaraq ölüb

2020-06-05

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2886 nəfər xəstəliyə yoluxub

2020-06-05

gun az article

İranın İlam əyalətində koronavirusa yoluxanların sayı 1135 nəfərə çatıb

2020-06-05

gun az article

İlam əyalətinin Ərkvaz şəhərində 3.3 bal gücündə zəlzələ olub

2020-06-05

gun az article

Əhvazda 52 yanğınsöndürən koronavirusa yoluxub

2020-06-05

gun az article

İsrail qırıclarının “Hemah”da endirdiyi hava zərbələri nəticəsində Suriya və İranın 9 muzdlu hərbçisi öldürülüb

2020-06-05

gun az article

İranın ticarət gəmisi İraq sahillərində batıb

2020-06-05

gun az article

İranda həbs olunmuş sabiq amerikalı hərbçi ölkəsinə qaytarılıb

2020-06-05

gun az article

GünazTV June.04.2020: “Floyd cinayətində üç polis barəsindı həbs qərarı verildi”

2020-06-04

gun az article

GünazTV June.04.2020: İranla Türkiyə arasındakı Gürbulağ sərhədi yenidən açılır

2020-06-04

gun az article

Ərdəkan şəhəri yaxınlığında 3.5 bal gücündə zəlzələ baş verib

2020-06-04

gun az article

İran rəsmisi: “Hormozqan əyalətində koronavirusa yoluxanlardan 25%-i evdar qadınlardır”

2020-06-04

gun az article

İranda daha 59 nəfər koronavirusdan ölüb, 3574 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-06-04

gun az article

Tehranın Neftayırma Zavodunda yanğın baş verib

2020-06-04

gun az article

İranın Deyləm şəhərinin Koronavirusla Mübarizə Qərargahının rəisi xəstəliyə yoluxub

2020-06-04

gun az article

İranda polis komandanı: “Xuzistanda qanunsuz silah saxlamaqda günahlandırılan 91 nəfər həbs edilib”

2020-06-04

gun az article

Ruhani: “Xəbərdarlıqlar ciddiyə alınmasa məhdudiyyətləri yenidən bərpa etmək məcburiyyətində qalacağıq”

2020-06-04

gun az article

GünazTV June.03.2020: İran və Çin ABŞ-dakı qara dərililərin hüquqlarının pozulmasını tənqid etdilər

2020-06-03

gun az article

İlam əyalətində koronavirusa yoluxanların sayı 1079 nəfərə çatıb

2020-06-03