Tramp Ərdoğanı dost adlandırıb

Tramp Ərdoğanı dost adlandırıb

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp bildirib ki, Türkiyə lideri Rəcəb Tayip Ərdoğan bu ölkədə həbs edilmiş amerikalı keşiş Endryu Kreyq Bransonun azadlığa buraxılması ilə bağlı danışıqlardan sonra onun dostu olub.

 

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

 

"Keçən il çox güclü insanla, mənim dostum olmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çox qısa və ehtiramlı danışıqlardan sonra biz keşiş Bransonu evə qaytardıq", - deyə ABŞ lideri BMT-nin Nyu-Yorkdakı qərargahında "Dini azadlığın müdafiəsinə Qlobal çağırış" tədbirində bildirib.

 

"Mən prezidentə (Ərdoğana-red) zəng vurdum və dedim: o, (keşiş Branson – red) günahsızdır", - deyə Donald Tramp bildirib.

 

ABŞ lideri "Mən prezident Ərdoğana təşəkkür etmək istəyirəm", - deyə əlavə edib.

 

Xatırladaq ki, ABŞ lideri 2017-ci ilin 22 sentyabrında da Türkiyənin dövlət başçısını dost adlandırıb.

 

Ağ Ev rəhbəri həmçinin bildirib ki, ABŞ dini azadlıqların, dini sitayiş və abidələrin müdafiəsinin maliyyələşdirilməsinə 25 milyon dollar ayırmaq niyyətindədir.

 

Endryu Kreyq Branson 2016-cı ilin 9 dekabrında terrorçu Fətullah Gülənə (FETÖ) və PKK-ya casusluq və əlbir olmaq ittihamı üzrə saxlanılıb. O, sonra ev dustaqlığı şərti ilə azad edilib. 2018-ci ilin oktyabrında Bransonun ev dustaqlığı və Türkiyəni tərk etmək qadağası ləğv edilib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN