Tramp Ərdoğanla görüşdə dedi: “Amerika PKK və İŞİD-lə mübarizədə Türkiyəni dəstəkləyir”

Tramp Ərdoğanla görüşdə dedi: “Amerika PKK və İŞİD-lə mübarizədə Türkiyəni dəstəkləyir”

GünAz TV: Donald Trump PKK və İŞİD kimi terror qrupları ilə mübarizədə Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyəni dəstəklədiyini bildirib.

 

APA-nın “Sputnik”ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Trump türkiyəli  həmkarı Rəcəb Tayyib Ərdoğanla Vaşinqtonda keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında bildirib.

 

“Bu gün biz yeni düşmənlə üzləşmişik və onunla birlikdə mübarizə aparmalıyıq. Biz son vaxtlar bir çox terror hücumları ilə üzləşmişik, biz birlikdəyik və Türkiyə xalqına dəstəyimizi təklif edirik. Biz terrorla mübarizədə öndə gedən, İŞİD və PKK kimi terror qruplaşmaları ilə mübarizə aparan Türkiyəni dəstəkləyirik”, - deyə Tramp qeyd edib. 

 

Ərdoğan ABŞ-ı Yaxın Şərq regionunda əməkdaşlığa çağırıb və bunun bütün dünya üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.

 

O, Ankaranın Vaşinqtonla əlaqələri daha da genişləndirmək niyyətində olduğunu qeyd edib.

 

“Anadolu” xəbər  verir ki, Ərdoğan amerikalı həmkarı ilə görüş zamanı Ankara və Vaşinqton arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib.  

 

“Biz terror təşkilatları ilə mübarizə adı altında bölgənin dini və etnik xəritəsinin dəyişmək cəhdlərinin qarşısını almalıyıq. Bölgədə bütün terror təşkilatları ilə mübarizədə həmrəyliyin nümayiş etdirilməsi çox əhəmiyyətlidir.  Biz aralarında heç bir fərq qoymadan birgə gələcəyimiz üçün təhlükə yaradan bütün terror təşkilatları ilə mübarizə aparmalıyıq”, - deyə Ərdoğan qeyd edib.  

 

“İstənilən dövlətin YPG terrorçuları ilə əməkdaşlıq etməsi, qlobal səviyyədə məsələ iləbağlı  əldə olunan sazişə tamamilə ziddir”, - deyə Ərdoğan vurğulayıb. 

 

Bu arada Vaşinqtonda Türkiyə prezidenti Rəcəb Tayyip  Ərdoğanın tərəfdarları və əleyhdarları arasında qarşıdurma baş verib. Şəhərin xilasetmə qurumunun məlumatına görə, toqquşmalar Türkiyə səfirinin iqamətgahı yaxınlığında baş verib.

 

Məlumata görə, hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Polis toqquşmaların baş verdiyi ərazini nəzarətə götürüb. Saxlanılanlar barədə məlumat verilmir. 

 

Qeyd edək ki, Ərdoğan Vaşinqtonda rəsmi səfərdədir.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN