Tramp “Fars” körfəzinə əlavə hərbi qüvvələrin göndərilməsinə razılıq verib

Tramp “Fars” körfəzinə əlavə hərbi qüvvələrin göndərilməsinə razılıq verib

GünazTV: “Amerika prezidenti Donald Tramp Səudiyyə Ərəbistanını raket hücumlarından qorumaq üçün Fars körfəzinə əlavə hərbi qüvvələrin göndərilməsinə razılıq verib”.

 

Bu barədə Amerikanın Müdafiə Nazirliyi (Pentagon) sentyabrın 20-də rəsmi bəyanat yayıb. Pentagon bildirib ki, prezident Tramp Amerikanın Səudiyyə Ərəbistanında və Birləşmiş Ərəb Əmirliklərindəki hərbi qüvvələrinin sayının artırılması təklifi ilə razılaşıb. Bildirilir ki, bu Amerika Birləşmiş Ştatlarının Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı edilən dron hücumlarından sonra bu barədə atdığı ilk addımdır.

 

ABŞ-ın müdafiə naziri Mark Esper

 

ABŞ-ın müdafiə naziri Mark Esper sentyabrın 20-də məsələ ilə bağlı jurnalistlərə açıqlamasında deyib ki, Amerikanın regiondakı hərbi qüvvələrinin sayının artırılması Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hökumətlərinin tələbi ilə gerçəkləşdiririr: “Məqsəd isə bu iki ölkənin, hava hücumundan müdafiə gücünün keyfiyyət səviyyəsini qaldırmaqdır. Bu qərar sadəcə olaraq müafiə xarakteri daşıyır.

 

Səudiyyə Ərəbistanı regionda yaşanan gərginliyin artmasının qarşısının alınması və bu ölkənin neft infrastrukturunun qorunması üçün beynəlxalq qüvvələrin bölgəyə göndərilməsini xahiş edib. Birləşmiş Ərəb Əmirlikləri də bununla bağlı bizdən kömək istəyib. Amerika İranla müharibə tərəfdarı deyil. Lakin buna baxmayaraq, biz hər bir şəraitlə üzləşməyə də hazırıq” –deyə ABŞ-ın müdafiə naziri Mark Esper əlavə edib.

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xuraisdə neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

 

Rəsmi Ər-Riyad və Vaşinqton hücumların İran ərazisindən həyata keçirildiyini bildirsələr də, rəsmi Tehran bu ittihamı rədd edərək, hücumların Yəməndəki Husilər tərəfindən gerçəkləşdirildiyini iddia edir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN