Tramp fərman verdi: İran rəsmiləri və onların ailə üzvlərinin Amerikaya girişi qadağan ediləcək

Tramp fərman verdi: İran rəsmiləri və onların ailə üzvlərinin Amerikaya girişi qadağan ediləcək

GünAz TV: Donald Tramp ötən gün İranın yüksək ranklı rəsmiləri və onların ailə üzvlərinin Amerika Birləşmiş Ştatlarına girişini məhdudlaşdıran fərman imzalayıb.

 

Fərmanın girişində yazılmış əsaslandırmada bildirilir ki, bu qərarın verilməsinə səbəb İranın terrorizmə dəstək olması və bu yolda “Sepah”, eləcə də “Qüds Briqadası”nın fəaliyyətlərindən yararlanması, Amerika vətəndaşlarını səbəbsiz yerə həbs etməsi, öz qonşularını təhdid etməsi, kiber hücumlar həyata keçirməsi və s. oxşar addımlardır.

 

Tramp daha sonra qeyd edib ki, İranın Yaxın Şərq və digər regionlarda sülh və təhlükəsizliyi pozan addımlarını nəzərə alaraq, bu ölkənin yüksək dövlət rəsmiləri və onların 1-ci dərəcəli ailə üzvlərinin Birləşmiş Ştatlara girişinin məhdudlaşdırılmasının Amerikanın xeyrinə olduğu qənaətinə gəldim.

 

Fərmana əsasən, bununla da sözügedən şəxslərin immiqrant və qeyri-immiqrant kimi Amerikaya daxil olmasına verilmiş icazə ya ləğv ediləcək, ya da qeyri-müəyyən dövrə qədər müvəqqəti olaraq qüvvədən düşəcək.

 

Beləliklə, Trampın fərmanının şamiş ediləcəyi şəxslər İran rəsmiləri və onların 1-ci dərəcəli ailə üzləvi, eləcə də bu ölkənin diplomatik nümayəndəliklərinin üzvləri olacaqlar. Bundan sonra həmin şəxslərin aşkarlanması ilə Amerika Dövlət Departamentinin rəhbəri məşğul olacaq və o, Daxili Təhlükəsizlik Nazirliyi ilə məsləhətləşəməklə, fərmandan irəli gələn tədbirləri icra edə biləcək.

 

Fərman Amerikadan daimi yaşama icazəsi və ya bu qərar verilməzdən öncə sığınacaq alan şəxsləri əhatə etməyəcək.  

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN