Tramp “fırtına öncəsi sakitlik” sözlərinə aydınlıq gətirib

Tramp “fırtına öncəsi sakitlik” sözlərinə aydınlıq gətirib

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp “fırtına öncəsi sakitlik” sözlərinə aydınlıq gətirib.  

 

"Report" xəbər verir ki, o, "Fox News"a müsahibəsində Şimali Koreya haqqında danışdığını açıqlayıb.

 

Oktyabrın 5-də ABŞ-ın yüksək rütbəli hərbçiləri ilə görüşdən sonra D.Tramp “fırtına öncəsi sakitlik” ifadəsini işlədib. Həmin vaxt o, sözlərinə aydınlıq gətirməkdən imtina edib.

 

Ağ Ev rəhbəri "Fox News"a müsahibəsində bu ifadəni işlədəndə Şimali Koreyanı nəzərdə tutduğunu söyləyib.

 

"Biz bunun belə davam etməsinə imkan verə bilmərik. Sadəcə imkan verə bilmərik", - deyə ABŞ prezidenti KXDR-in nüvə proqramı haqqından danışarkən bildirib. 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN