Tramp: “Hiss edirəm ki, İranla bir razılaşma əldə etmək barədə düşünmək belə çox tezdir”

Tramp: “Hiss edirəm ki, İranla bir razılaşma əldə etmək barədə düşünmək belə çox tezdir”

GünazTV: ABŞ prezidenti Donald Tramp iyunun 13-də şəxsi “Twitter” səhifəsində yazdığı bir statusda İranın dini lideri axund Əli Xamneyinin Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşündə Amerika hökumətinin və onun ünvanına dediyi sözlərə münasibət bildirib.

 

Trampın reaksiyası Xamneyinin Şinzo Abe ilə görüşündə Amerika hökumətinin müzakirə təklifini rədd etməsindən bir neçə saat sonraya təsadüf edib.

 

Öz statusunda Tehrana səfər edib İranın dini lideri ilə görüşdüyünə görə Yaponiyanın baş nazirinə öz təşəkkürünü bildirən Tramp deyib ki, Tehranla Vaşinqton arasında yeni bir saziş bağlamağa nə iranlılar hazırdır, nə də amerikalılar: “Şəxsən mən  hiss edirəm ki, İranla bir razılaşma əldə etmək barədə düşünmək belə çox tezdir. Nə onlar (iranlılar) buna hazırdır, nə də biz” –deyə Donald Tramp əlavə edib.

 

Xatırladaq ki, Əli Xamneyi iyunun 13-də İrana səfər edən Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşərək, ABŞ prezidentinin müzakirə təklifini rədd edib.

 

 

Xamneyi Trampın mesajını ona çatdıran Yaponiyanın baş nazirinə deyib ki, o, Trampın mesajına cavab verməyəcək: “Biz sizin xoşməramlı və ciddi bir şəxs olduğunuza şübhə etmirik. Lakin ABŞ prezidentinin dilindən dediklərinizə gəlincə, şəxsən hesab edirəm ki, Tramp hər hansı bir mesaj mübadiləsi üçün layiq adam deyil. Mənim ona heç bir mesajım yoxdur və ona cavab da verməyəcəyəm” –deyə Əli Xamneyi vurğulayıb.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN