Tramp: “İran çox böyük bir səhvə yol verib”

Tramp: “İran çox böyük bir səhvə yol verib”

GünazTV: ABŞ prezidenti Donald Tramp iyunun 20-də şəxsi “Twitter” səhifəsində yazdığı qısa bir statusda bu ölkənin pilotsuz uçan aparatının İran tərəfindən vurulmasına reaksiya verib.

 

Trampın məsələyə münasibət bildirməsi, Amerikanın Mərkəzi Qüvvələr Komandanlığı “Centcom” bu ölkəyə məzsus pilotsuz uçan kəşfiyyat aparatının Hörmüz boğazı üzərində və beynəlxalq hava məkanında “Sepah”ın yer-göy tipli bir raketi ilə vurulduğu barədə yayılan xəbəri təsdiq etməsindən az sonraya təsadüf edib.

 

O, “Twitter”də paylaşdığı satusda yazıb ki, “İran çox böyük bir səhvə yol verib”.

 

Tramp həmçinin CNN telekanalının ona verdiyi “Amerika İrana hücum edəcəkmi” sualını cavablandıraraq deyib ki, “İrana hücum edib-etməmək məsələsi tezliklə bəlli olacaq”.

 

Bildirilir ki, Amerikanın pilotsuz uçan aparatının İran tərəfindən vurulması və bunun qarşılığında İrana necə cavab verilməsi məsələsi hazırda Ağ Evdə müzakirə edilir.

 

Xatırladaq ki, “Sepah” iyunun 20-də bəyanat yayaraq, Hormozqan əyalətində yerləşən “Mübarək” dağının yaxınlığında “ölkə sərhəddini pozduğuna görə” Amerikanın “MQ-4C Triton” tipli pilotsuz uçan kəşfiyyat aparatını vurduğunu bildirib.

 

Amerikanın Müdafiə Nazirliyi “Pentaqon” isə “Sepah”ın bu iddiasını rədd edərək bildirib ki, , bu ölkəyə məxsus pilotsuz uçan aparat İran sərhəddini pozmayıb və o beynəlxalq hava məkanında Hörmüz boğazı üzərində uçarkən İran tərəfindən vurulub.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN