Tramp: “İran çox-çox ehtiyatlı olmalıdır”

Tramp: “İran çox-çox ehtiyatlı olmalıdır”

GünazTV: ABŞ prezidenti Donald Tramp iyulun 5-də jurnalistlərlə görüşündə İranın nüvə fəaliyyətini yenidən bərpa etməsinə və regionda sabitliyə qarşı atdığı addımlarına münasibət bildirib.

 

O, jurnalistlərdən birinin Vaşinqtonun İranla bağlı mövqeyinin nədən ibarət olacağı ilə bağlı sualını cavablandıraraq, İran rəhbərlərini ehtiyatlı tərpənməyə çağırıb: “Hamımız İranla bağlı nə baş verəcəyinin şahidi olacağıq. İran ehtiyatlı olmalıdır, çox-çox ehtiyatlı olmalıdır” -deyə Tramp əlavə edib.

 

Xatırladaq ki, Tramp iyulun 3-də “Twitter”dəki səhifəsində paylaşdığı bir statusda İran prezidenti Həsən Ruhaninin ölkədə zənginləşdirilmiş uranın miqdarını artıracaqları barədə Amerika və Avropaya qarşı ünvanladığı təhdidinə reaksiya verib.

 

 O, Ruhaniyə səslənərək deyib ki, İranın səsləndirdiyi təhdidlər sonunda onun özünə qarşı yönələcək: “İran indicə yeni bir təhdid etdi. Ruhani deyir ki, yeni bir razılaşma olmadığı təqdirdə “uranı istədiyimiz qədər zənginləşdirəcəyik”. İran, öz təhdidlərinə fikir ver. Onlar (sanksiyalar) qayıda bilər və sizi elə sanca bilərlər ki, indiyə qədər heç kəs bu şəkildə sancılmayıb”.

 

 Həsən Ruhani iyulun 3-də hökumət iclasında çıxış edərək, Qərbi uranı ölkəsinin ehtiyacı olan miqdarda zənginləşdirəcəyi ilə təhdid edib.

 

 

O bildirib ki, iyulun 7-dən sonra İran nüvə razılaşmasında uranın zənginləşdirilməsi ilə bağlı icazə verilmiş həddi aşacaq. Razılaşmada bu hədd 3.67% nəzərdə tutulub. Ruhaninin sözlərinə görə, həmin tarixdən etibarən İran uranı “ehtiyacı olduğu qədər”, yəni heç bir məhdudiyyət olmadan zənginləşdirəcək.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN