Tramp: “İran heyətinin Nyu-Yorka gəlməsinə icazə verirəm”

Tramp: “İran heyətinin Nyu-Yorka gəlməsinə icazə verirəm”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Həsən Ruhaninin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka edəcəyi səfərinə icazə verdiyini deyib.

 

Tramp jurnalistlərə verdiyi açıqlamada bildirib ki, İran prezidentinin Nyu-Yorka gəlməsinə icazə verir, lakin gəlib-gəlməməklə bağlı qərar Həsən Ruhaninin öz işidir.

 

“BMT-nin sessiyası mühüm tədbirdir. Buna görə də, kiminsə onda iştirakdan məhrum olmasını istəmirəm. Amma gəlib-gəlməməklə bağlı qərar İran prezidentinin şəxsi işidir”- deyə Tramp əlavə edib.

 

Xatırladaq ki, ötən gün İran mediasında ABŞ-ın BMT-nin Baş Assambleyasında iştirak edəcək İran nümayəndə heyətinin heç bir üzvünə viza vermədiyilə bağlı xəbərlər yayılmışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN