Tramp: “İran nüvə razılaşmasına ilk günlərdən əməl etmirdi”

Tramp: “İran nüvə razılaşmasına ilk günlərdən əməl etmirdi”

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp İranın uranın zənginləşdirilməsi ilə bağlı son addımlarına münasibət bildirib.

 

İyulun 2-də “Twitter”də yazdığı statusda Tramp bildirib ki, İran ilk günlərdən nüvə razılaşmasını pozub və üzərinə götürdüyü öhdəliklərə əməl etməyib.

 

O, həmçinin qeyd edib ki, mən prezident seçilməzdən uzun müddət öncədən İran ABŞ-la 150 milyard dollarlıq (əlavə olaraq 1.8 milyard dollar) və heç bir pul verməyən digərləriylə imzalanmış nüvə razılaşmasını pozurdu, hazırda isə uran depolaması ilə bağlı öhdəliklərini ayaqlar altına atır.

 

Bundan bir gün öncə Amerika prezidenti İranın uranla bağlı son qərarlarına münasibət bildirən zaman bunu İranın alov ilə oynaması kimi dəyərləndirmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN