Tramp: “İran rejimi interneti kəsməklə ölkədə törətdiyi qətl, cinayət və faciəni ört-basdır etməyə çalışır”

Tramp: “İran rejimi interneti kəsməklə ölkədə törətdiyi qətl, cinayət və faciəni ört-basdır etməyə çalışır”

GünazTV: ABŞ prezidenti Donald Tramp noyabrın 21-də “Twitter” səhifəsində paylaşdığı bir yazıda İranın repressiv rejiminin ölkədə interneti kəsməsinə, dinc etirazçılara qarşı apardığı amansız repressiyalara münasibət bildirib.

 

Tramp deyib ki, İran İslam Respublikasının rəhbərləri azad informasiya mübadiləsinin qarşısını almaqla özünün dinc etirazçılara qarşı həyata keçirdiyi dəhşətli zorakılıq əməllərini gizlətmək niyyətindədir: “İranda sabitlik o dərəcədə pozulub ki, Tehran rejimi ölkədə bütün internet sistemini kəsib. Belə ki, böyük İran xalqı ölkədə cərəyan edən dəhşətli zorakılıq barədə danışa bilmir.

 

İran rəsmiləri şəffaflığın tərəfdarı deyillər. Onlar elə fikirləşirlər ki, interneti kəsməklə dünya ictimaiyyəti ölkədə baş verən və onların səbəbkarı olduğu ölüm və faciədən xəbərdar olmayacaq” –deyə, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp “Twitter” səhifəsində paylaşdığı yazısında əlavə edib.

 

Qeyd edək ki, İran rejimi 6 gün əvvəldən interneti kəssə də, noyabrın 21-i axşam saatlarından başlayaraq bir neçə şəhərdə internetin fəaliyyəti çox məhdud və zəif şəkildə bərpa edilib.

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Hazırda etirazlar qismən səngisə də, bəzi şəhər və bölgələrdə davam edir. Ölkənin 137 şəhərində keçirilən dinc etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş qəddarlıq dünya ictimaiyyətinin təəccübünə səbəb olub. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı açdığı birbaşa atəşi nəticəsində 251 nəfərdən çox insan qətlə yetirilib, 3700 aksiyaçı yaralanıb, Tehranda və digər şəhərlərdə 7 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu həlak olub, cəhalət və xurafat mərkəzi olan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, etirazlar davam edir.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN