Tramp: “İran rejimi nüvə silahına yiyələnməkdən, terrorizm yaymaqdan və təxribat xarakterli əməllərindən əl çəkməlidir”

Tramp: “İran rejimi nüvə silahına yiyələnməkdən, terrorizm yaymaqdan və təxribat xarakterli əməllərindən əl çəkməlidir”

GünazTV: Amerika prezidenti Donald Tramp fevralın 5-də ABŞ Konqresində etdiyi illik hesabat məruzəsində hökumətinin iqtisadi nailiyyətlərindən, İrandan və “Sepah” terror təşkilatının Bağdadda öldürülmüş komandanı Qasım Süleymanidən danışıb.

 

Öz sözünü, üçüncü illik hesabat məruzəsi ilə başlayan Tramp, ABŞ-ın onun prezidentliyi dövründə əldə etdiyi iqtisadi nailiyyətləri və beynəlxalq terrorizmə qarşı mübarizədə qazandığı mühüm uğurları sadalamaqla başlayıb.

 

Tramp daha sonra hökumətinin xarici siyasət sahəsində terrorizmə qarşı apardığı mübarizəsinin uğuru nəticələrin toxunaraq, İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin və əli minlərlə insanın, o cümlədən də yüzlərlə ABŞ əsgərinin qanına batmış “Sepah”ın “Qüds” briqaasının komandanı Qasım Süleymaninin öldürülməsinin əhəmiyyətindən danışıb.

 

İranın nüvə silahı əldə etməyə çalışdığını bildirən ABŞ prezidenti deyib ki, rəsmi Tehran regionda terrorizmə dəstəyini dayandırmalıdır: “Hesab edirik ki, İran rejimi nüvə silahına yiyələnməyə cəhdindən, terrorizmə rəvac verməkdən və regional təxribat xarakterli əməllərindən əl çəkməlidir. İran bu əməllərindən əl çəksə, biz onların inkişaf etməsinə yardım edə bilərik.

 

“Sepah”ın “Qüds” briqadasının Bağdadda öldürülmüş komandanına gəlincə, demək olar ki, Qasım Süleymani İran rejiminin ən rəhimsiz qəssabı idi. O, İraqda minlərlə ABŞ əsgərini qətlə yetirən və ya yaralayan bir div idi. dünya terrorçularının başında duran bir şəxs idi. Süleymani həmçinin İraqda və Suriyada minlərlə günahsız kişi, qadın və uşağın qətlə yetirilməsində birbaşa rol oynayaraq, ötən dekabr ayında İraqda Amerikanın hərbi qüvvələrinə qarşı hücumların gerçəkləşdirilməsində və yeni planların hazırlanmasında fəal iştirak etmişdi.

 

Məhz bunları nəzərə alaraq, ötən ay mənim göstərişimlə Amerika ordusu dəqiq və nöqsansız bir əməliyyat keçirərək, Qasım Süleymaninin həyatına son qoydu və onun terror sahəsində apardığı şər xarakterli fəaliyyətinə xitam verdi. Bizim terrorçulara mesajımız isə aydındır: Siz heç vaxt Amerika ədalətinin cəngindən qaça bilməyəcəksiniz və əgər bizim vətəndaşlarımıza hücum etsəniz, demək ki, öz həyatınızı havaya sovrulmuş olursunuz” -deyə, ABŞ prezidenti Donald Tramp ABŞ Konqresində etdiyi illik hesabat məruzəsində bəyan edib.

 

Xatırladaq ki, yanvarın 3-ü, saat 02:00-da Bağdadın hava limanı yaxınlığında “Sepah” terror təşkilatının “Qüds” briqadasının komandanı Qasım Süleymani, Həşdəş-Şəbi qruplaşmasının bir neçə rəhbəri ilə birlikdə Amerikanın hərbi hava  qüvvələrinin raket hücumunda məhv edilib.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN